Baş Prokurorluq Lənkəran şəhərində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində iki azyaşlı uşağın həlak olması faktı ilə bağlı zəruri istintaq tədbirlərinin həyata keçirilməsi barədə məlumat verir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindənməlumat verilir.
“Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.FHN-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, yanğın-texniki ekspertizası və məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri prosessual hərəkətlər yerinə yetirilir”, - məlumatda qeyd olunur.
Xüsusilə, yanğın nəticəsində 2019-cu il və 2014-cü il təvəllüdlü iki azyaşlı uşaq həlak olub, 2018-ci il təvəllüdlü bir uşaq xəsarət alıb.**
X.Nəsirzadə