Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Türkiyənin milli müdafiə naziri Hulusi Akar gün ərzində Dağlıq Qarabağ məsələsi üzrə ikinci dəfə telefon danışıqları aparıblar. Bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilir.
“Danışıqlar zamanı Ordu generalı Sergey Şoyqu türkiyəli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib”, - nazirliyin məlumatında qeyd olunur.
Danışıqların təfərrüatları barədə nazirlik məlumat vermir.
Danışıqlar Dağlıq Qarabağda atəşkəs və münaqişə zonasına təxminən 2 min rusiyalı sülhməramlının daxil olması fonunda keçirilib. **