Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çərşənbə günü məlumat verib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə mərkəzə dair Rusiya-Türkiyə protokolu imzalanıb. Bu barədə Anadolu agentliyi məlumat verir.
“Türkiyə prezidenti: çərşənbə günü səhər saatlarında Qarabağda atəşkəs rejiminin monitorinqi və nəzarəti üzrə birgə Türkiyə-Rusiya mərkəzinə dair protokol imzalanıb”, - agentlik özünün Twitter hesabında yazır. **