Rəsmi Nur-Sultan Moskva, Bakı və İrəvanın Qarabağ müharibəsinin dayandrılması üzrə sazişi dəstəkləyir. Bu barədə Qazaxıstan XİN məlumat verir.
“Qazaxıstan Azərbaycan prezdenti, Ermənistanın baş naziri və RF prezidentinin atəşkəs rejimi və Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatların dayandırılmasına dair bəyanatını yüksək qiymətləndirir. Əldə olunan razılıqlar BMT TŞ-nin qətnamələrinə uyğundur və Dağlıq Qarabağ probleminin həlli üzrə əsas olaraq xidmət edir”,- XİN-in bəyanatında deyilir.
Həmçinin, XİN bu sazişin əldə olunmasında RF-nin konstruktiv rolunu və razılaşmaların praktiki implementasyasına yönələn sülhməramlı səylərini yüksək dəyərləndirir. **