RF və Fransa XİN başçıları Sergey Lavrov və Jan-İv Lö Drian telefon danışığı zamanı Dağlıq Qarabağda son siyasi həll üçün ATƏT-in Minsk qrupu çərçivəsində gələcək addımları müzakirə ediblər. Bu barədə çərşənbə günü RF XİN-dən məlumat verilib.
“Lavrov noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması məqsədilə həyata keçirilən vasitəçilik səyləri barədə həmkarına məlumat verib”, - XİN-in saytında dərc olunan məlumatda deyilir.
“Rusiya və Faransa XİN başçıları Minsk qrupunun regiona vəziyyətin sağlamlaşdırılması və münaqişənin son siyasi həllinə nail olmağa yönələn birgə səyləri çərçivəsində mümkün gələcək addımlar barədə fikir mübadiləsi aparıblar”, - RF XİN-dən bəyan ediblər. **