Dağlıq Qarabağda məğlubiyyətə görə məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərindədir. Bunu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib.
“Regionda kifayət dərəcədə mürəkkəb hərbi-siyasi vəziyyət yaranıb, hazırda silahlı qüvvələrin rəhbərliyinin təklifi ilə müharibənin dayandırılması düzgün addım idi. Bimənalı olaraq, ordu yox, dövlət uduzub, erməni xalqına çox pis sənəd təqdim ediblər və Ermənistanın hazırki hakmiyyəti məsuliyyət daşımalıdır”, - Ohanyan Ermənistanın 168.am internet nəşrinə bildirib. O qeyd edib ki, hökumət bu qərarın səbəblərini izah etməlidir. **