Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi hərbi həll yolu olmadan heç bir nəticə əldə edə bilməzdik. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”, - ”, - İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Əliyevin sözlərinə görə, “Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq”. **
X.Nəsirzadə