Şuşa şəhərini bir neçə gün ərzindəalmaq Azərbaycan hərbçilərinin böyük peşəkarlığının rəmzidir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir”, - İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik”, - Əliyev bildirib.
Noyabrın 8-də prezident İlham Əliyev Şuşa şəhərinin erməni işğalından azad olunması barədə elan edib. **
B.Rüstəmbəyov