Noyabrın 9-da Qarabağ üzrə imzalanmış üçtərəfli bəyanat faktiki olaraq Ermənistan sülh kapitulyasiya aktıdır, İrəvan Bakının bütün şərtlərini qəbul edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu”, - İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Əliyev qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ondan xahiş etdi ki, Paşinyanın canlı formatda kapitulyasiya aktını imzalamasına çox da təkid etməsin. Və Azərbaycan prezidenti bununla razılaşdı.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan artıq birinci həftələrdən sonra dərk etdi ki, Azərbaycanın qabağımızda dura bilməyəcək.
“Ona görə beynəlxalq ictimaiyyətə daha fəal şəkildə müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr bizi dayandırsınlar. Mən isə deyirdim ki, heç kim bizi dayandıra bilməz, sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan etməlidir ki, filan tarixdə filan rayonlardan çıxır və buna nail olduq”, - Əliyev bəyan edib. **
Ə.Məmmədov