Azərbaycanda koronavirus infeksiyasına daha 1 202 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 68 min 594-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib, ölənlərin ümumi sayı 885 nəfərə çatıb.
Virusa yoluxmuş 51 min 7 nəfər (sutka ərzində +998) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 16 min 702 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10,665 min, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 467 min 842 test aparılıb.**
B.Rüstəmbəyov