Ermənistan hökuməti Qarabağda münaqişənin dayandırılması haqqında saziş ilə ictimai narazılıq fonunda “cinayətkar ünsürlərə” hakimiyyətə gəlməyə imkan verməmək üçün qanunla nəzərdə tutulan bütün tədbirləri həyata keçirəcək. Bunu Ermənistanın baş nazirinin aparatının rəhbəri Eduard Ağacanyan deyib.
“Biz cinayətkar ünsürlərə hakimiyyətə gəlməyə imkan verməyəcəyik və bunun üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görəcəyik. Şübhəniz olmasın”, - Ağacanyan özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, aydındır ki, ictimaiyyətin Qarabağ üzrə vəziyyətlə əlaqədar hələlik cavablar almadığı sualları var.
“Əmin edirik ki, baş nazir və və digər rəsmi şəxslərin dərc etdikləri məlumatın həcmi elan etmək mümkün olduğu qədər maksimaldır. Həmçinin, siz əmin olmalısınız ki, bu prosesin bir detalı belə ictimaiyyətdən gizlədilməyəcək. Bu istisna olunur”, - Ağacanyan qeyd edib. **