Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin Dağlıq Qarabağ üzrə razılaşmazı qan tökülməsini dayandırmağa imkan verib. Bu barədə RF-nin müdafiə naziri Sergey Şoyqu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə videoəlaqə zamanı bəyan edib.
“Danışıqlar zamanı Rusiyanın müdafiə naziri Ordu generalı Sergey Şoyqu qeyd edib ki, RF, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin əldə etdikləri razılaşma və münaqişə zonasına rusiyalı sülhməramlıların daxil olması atəşi, qan tökülməsini dayandırmağa və dinc həyata qayıtmaq üçün şəraitin yaradılmasına imkan verib”, - RF Müdafiə Nazirliyindən məlumat verilir. **