RF-nin müdafiə naziri Sergey Şoyqu və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında videoəlaqə formatında danışıqların yekunları üzrə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzinin yaradılmasına dair memorandum imzalanıb. Bu barədə çərşənbə günü RF Müdafiə Nazirliyi məlumat verib.
“Danışıqların yekunları üzrə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə birgə mərkəzin yaradılmasına dair memorandum imzalanıb”, - nazirlikdən bildirilib.
Memorandum monitorinq üzrə birgə mərkəzin vəzifə və prinsiplərini müəyyən edir.
“İnterfaks”a məlum olub ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə birgə mərkəz Azərbaycan ərazisində yerləşəcək. **