Dağlıq Qarabağ ərazisində "Cənub" məsuliyyət zonasında mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün noyabrın 12-dən etibarən sülhməramlıların müşahidə postlarının yerləşdirilməsi planlaşdırılır. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy ötən gün bildirib ki, bu yaxınlarda aktiv hərbi əməliyyatların baş verdiyi Dağlıq Qarabağdakı “Cənub” məsuliyyət zonasında mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün noyabrın 12-dən etibarən sülhməramlıların müşahidə postlarının yerləşdirilməsi planlaşdırılır.
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu müşahidə postlarının postlarının sayı 16 olacaq.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları artıq Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə nəzarəti həyata keçirir.
Dağlıq Qarabağda sülhməramlılar "Cənub" və "Şimal" məsuliyyət zonalarında yerləşdiriləcək. "Cənub" məsuliyyət zonası Xankəndi, Ağdam və Laçın yaşayış məntəqələrinə bitişik əraziləri, "Şimal" məsuliyyət zonası Tərtər və Ağdam rayonlarının şimal hissələrini, Mardakert yaşayış məntəqəsini əhatə edir.
Baş əməliyyat idarəsinin rəisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi zonasına göndərilmiş Rusiya sülhməramlı kontingenti ən müasir silah və xüsusi texnika ilə təchiz edilib.*