Ermənistan Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Qarabağa dair üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməli olacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Ermənistan rəhbəri bu sənədə imza atıb. Bu, o deməkdir ki, Ermənistan sazişin şərtlərini yerinə yetirməlidir. Düşünmək olmaz ki, onlar üç dəfə humanitar atəşkəs rejimini poza biliblər və indi də pozacaqlar. Əks təqdirdə, Azərbaycan Ordusu torpaqların azad edilməsini davam etdirəcək. Ya onlar işğal etdikləri ərazilərdən könüllü olaraq çıxırlar, ya da Azərbaycan Ordusu bundan əvvəl də etdiyi kimi, torpaqların azad edilməsini davam etdirəcək", - deyə Çavuşoğlu bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.*
Ə.Məmmədov