Ermənistan silahlı qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Rusiyanın Hava Kosmik Qüvvələri ilə birlikdə Ermənistan və Dağlıq Qarabağın hava məkanını bağlayaraq uçuşsuz zona elan edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan özünün Facebook səhifəsində yazıb.
"Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatının Yerevanın hava məkanında olması barədə şayiələr yalandır. Ermənistan silahlı qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Rusiyanın Hava Kosmik Qüvvələri ilə birlikdə Ermənistan və Dağlıq Qarabağın hava məkanını bağlayıb, bu, uçuşlar üçün qapalı zonalardır", - deyə Stepanyan bildirib.
Onun sözlərinə görə, hərbi aviasiya və qabaqcadan xəbərdar edilmiş mülki aviasiya vasitələrinin uçuşları istisna təşkil edir.*