Dağlıq Qarabağda davamlı sülh regionun bütün ölkələrinə, o cümlədən Ermənistana fayda gətirəcək. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Ermənistan anlamalıdır ki, regionda sülh onun özünə də fayda verəcək. Biz buna ümid edirik. Uzun illərdir ki, regionda bir çox layihələr həyata keçirilir və bunlar Türkiyə, Azərbaycan və Gürcüstana fayda gətirib. Ermənistan da qonşuları ilə normal münasibət saxlasa, fayda götürə bilər", - deyə Çavuşoğlu bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyə azad edilmiş ərazilərin inkişafı ilə bağlı Azərbaycanın bütün addımlarını dəstəkləyəcək.
"Nə zaman və hansı addımlar atılacaq – bütün bunlar daha sonra müzakirə olunacaq. Hər şey Azərbaycanın istəyindən asılı olacaq, biz istənilən qərarı dəstəkləyəcəyik", - deyə Türkiyə XİN başçısı əlavə edib.*
Ə.Məmmədov