Dağlıq Qarabağda sülhməramlılar yalnız rusiyalılar olacaq, Türkiyə ilə qarşılıqlı fəaliyyət isə Azərbaycan ərazisində monitorinq mərkəzi çərçivəsində həyata keçiriləcək. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Sülhməramlı qismində rusiyalı hərbçilər çıxış edir və onlar artıq tərəflərin təmas xəttində yerləşdirilir. Türkiyə hərbçiləri ilə qarşılıqlı fəaliyyət isə Azərbaycan ərazisində yerləşəcək monitorinq mərkəzi çərçivəsində həyata keçiriləcək", - deyə o, jurnalistlərə bildirib.*