Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında həlak olanların meyitlərinin və əsirlərin mübadiləsində kömək etməyə hazır olduğunu təsdiqləyib.
"Biz saxlanılan şəxslərin və ya həlak olanların meyitlərinin mübadiləsinə kömək etmək üçün tərəflər arasında neytral vasitəçi qismində çıxış etməyə hazır olduğumuzu bir daha bildiririk", - deyə BQXK-nın məlumatında qeyd olunur.*