Türkiyəli müşahidəçilər yalnız Müşahidə Mərkəzində olacaq, mərkəz münaqişə zonasına yaxın olmayan Azərbaycan ərazisində yerləşəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Türkiyə müşahidəçilərinin hərəkət sərhədləri Azərbaycanın Qarabağa yaxın olmayan ərazisində yaradılan Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yerləşdirilməsi üçün müəyyən olunacaq coğrafi koordinatlarla məhdudlaşdırılır", - deyə Lavrov bu gün mətbuat konfransında bildirib.
O qeyd edib ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzi yalnız distant rejimdə fəaliyyət göstərəcək. Mərkəz Azərbaycan ərazisində heç bir səyyar missiya olmadan stasionar qaydada yerləşdiriləcək.
"Türkiyə Respublikasının heç bir sülhməramlı bölməsi Dağlıq Qarabağa göndərilməyəcək", - deyə Lavrov əlavə edib.*