Moskva Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağla bağlı imzaladığı üçtərəfli sazişin pozulması əlamətlərini görmür və onun yerinə yetiriləcəyinə əmindir. Bunu RF XİN başçısı Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında bildirib.
"Əgər biz razılığa gəldiyimiz hər şeyi yerinə yetirsək - hələlik kiminsə bu razılaşmaları pozmağa çalışdığını görmürəm, əminəm ki, hər kəs qazanacaq", - deyə Lavrov bildirib.
"İnanıram ki, Ermənistan hökuməti bütün məsuliyyəti dərk edir, anlayır ki, bu razılaşmalara öz xalqının mənafeyini əsas tutaraq imza atıb", - deyə Lavrov bildirib.
RF XİN başçısı əmindir ki, sazişin bütövlüyü qorunacaq və o, yerinə yetiriləcək.*