Türkiyə Naxçıvan Muxtar Respublikasına dəmir yolu inşa etməyi planlaşdırır. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
"Azərbaycanda yeni proseslər (Qarabağ münaqişəsinin nizamlanması üzrə – İF) fonunda biz Naxçıvan istiqamətində dəmir yolu çəkməyi planlaşdırırıq", - deyə Karaismailoğlu Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, bu layihənin iş planının hazırlanması başa çatmaq üzrədir.*
N.Abbasova