Ermənistanın baş naziri Azərbaycan və Rusiya prezidentləri ilə Qarabağa dair imzaladığı saziş fonunda regional nəqliyyat dəhlizlərinin açılmasının mümkünlüyünü bildirib.
"Mehri şəhərinin təhvil verilməsi barədə söhbətlər həqiqətə uyğun deyil. Söhbət regional nəqliyyat dəhlizlərinin, o cümlədən Naxçıvandan Azərbaycana nəqliyyat dəhlizlərinin açılmasından gedir", - deyə Paşinyan xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, Yerevandan Naxçıvan ərazisi ilə Ermənistanın cənubundakı Sünik əyalətinə nəqliyyat yolları, o cümlədən Ermənistanın İranla dəmir yolu əlaqəsi açılmalıdır.
"Bu, Ermənistanın gələcək iqtisadi inkişafına əhəmiyyətli təsir göstərə bilər", - deyə Paşinyan qeyd edib.*