Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında həlak olanların meyitlərinin və əsirlərin mübadiləsində təşkilatın rolunu müzakirə etmək üçün gələn həftə Moskvaya səfər edəcək. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirilən mətbuat konfransında bildirib.
"Gələn həftə BQXK-nın prezidentini Moskvada gözləyirik", - deyə Lavrov bildirib.
"Beynəlxalq Qırmızı Xaç Komitəsinin yeni şəraitdə ilk növbədə, həlak olanların cəsədlərinin, əsirlərin, girovların və saxlanılan digər şəxslərin mübadiləsi istiqamətində öz işini necə bərpa edə biləcəyindən danışacağıq", - deyə nazir qeyd edib.*