Dağlıq Qarabağın statusu orada yaşayan vətəndaşların hüquqları müəyyənləşdirildikdən sonra həll edilə bilər, bu məsələdə süni tarix qoyulmur. Bunu RF XİN başçısı Sergey Lavrov deyib.
"Status yalnız Dağlıq Qarabağda yaşayan və ora qayıtmaq hüququ olanlara və əlbəttə ki, hər zaman bu ərazidə olmağa davam edənlərə hansı hüquqların veriləcəyi bəlli olduqdan sonra müəyyən edilə bilər", - deyə Lavrov bu gün mətbuat konfransında bildirib.
O qeyd edib ki, Rusiya bu məsələlərin həlli üzrə süni müddət müəyyənləşdirmir.
Nazir əlavə edib ki, hazırda Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyib. Status Dağlıq Qarabağda etno-konfessional razılığın bərpası üçün atılacaq addımlardan asılı olaraq müəyyənləşdiriləcək.
RF XİN başçısı bildirib ki, Rusiya mədəniyyət obyektlərinin bərpasına YUNESKO-nu, insanların öz yurdlarına qayıtmasına kömək etmək üçün BQXK-nı və BMT-nin qaçqınların hüquqları üzrə İdarəsini cəlb edəcək.
"Bu baş verəndə mənim heç bir şübhəm yoxdur ki, status məsələsi kəskinliyini itirəcək və son dərəcə sakit şəkildə həll oluna bilər", - deyə Lavrov vurğulayıb.*