Bakıda hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bunu bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
"Hesab edirəm ki, bəli", - deyə o, bu gün Moskvada müvafiq sualı cavablandırarkən jurnalistlərə bildirib.
Bununla yanaşı, səfir qeyd edib ki, vaxt və çoxlu ümumu səy lazım olacaq.
"Özümüzü aldatmayaq ki, bütün bunlar bir-iki aydan sonra qaydasına düşəcək. Bu, uzun prosesdir. Lakin yol birdir – bu, sülhə, rifaha və firavanlığa aparan yoldur", - deyə Bülbüloğlu vurğulayıb.*