Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının kəsirini ÜDM-in 3,6%-i i səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə bankın "Transition Report 2020-21" adlı hesabatında deyilir.
Bundan başqa, AYİB 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsirini ÜDM-in 6,3% səviyyəsində proqnozlaşdırır.
"Xərclərin artması və daha aşağı vergi daxilolmaları nəticəsində büdcə kəsrinin ÜDM-in 6,3%-nə qədər artacağı gözlənilir. Lakin ölkə xarici maliyyələşməyə deyil, Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinə arxalanmağa üstünlük verir. 2020-ci ilin birinci yarısında ARDNF və Mərkəzi Bankın ümumi aktivləri təxminən $50 milyard təşkil edib ki, bu da ölkə üzrə proqnozlaşdırılan ÜDM-dən çoxdur", - deyə hesabatda bildirilir.
Azərbaycan hakimiyyəti 2020-ci ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının kəsirini $1 milyard 539,6 milyon və ya ÜDM-in 3,7%-i səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti 2020-ci ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının kəsirini $1 milyard 539,6 milyon və ya ÜDM-in 3,7%-i səviyyəsində proqnozlaşdırır.
2020-ci il üçün dövlət büdcəsinin kəsiri 3 milyard 368,2 milyon manat və ya ÜDM-in 4,9%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov