SOCAR 2021-ci ildə qazma işlərini azaltmağı planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
Qazma işlərinin azaldılması xərclərin minimuma endirilməsi ilə şərtlənib.
Məlumatda qeyd olunur ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin iştirakı ilə keçirilən iclasda “Azneft” İB-nin idarəetmə strukturunun yenidən təşkil olunması, pandemiya dövründə OPEC+ razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn şirkətdaxili islahat və optimallaşdırma tədbirlərinin hazırkı statusu, eləcə də perspektiv addımlar müzakirə edilib.
“Qarşıdakı mərhələdə də şirkətin gəlirliyinin və əməliyyat effektivliyinin təmin olunması üçün imkanlar səfərbər olunur, preventiv tədbirlər görülür”, - deyə məlumatda bildirilir.
2020-ci ilin yanvar-sentyabr aylarında SOCAR üzrə qazma işlərinin həcmi 51,832 min metr, 2019-cu ildə 150,848 min metr təşkil edib.*
N.Abbasova