Artıq 800-dən artıq rusiyalı hərbçi Qarabağa göndərilib və bu gün gəlmiş batalyon Gorus şəhəri ərazisinə keçməyə başlayır. Bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
"Sülhməramlı əməliyyatın başlanmasından etibarən 56 təyyarə reysi yerinə yetirilib, 817 hərbçi və 119 ədəd silah və hərbi texnika, Rusiya HKQ-nin ordu aviasiyasının 8 ədəd Mi-8 və Mi-24 helikopteri daşınıb", - deyə Konaşenkov bu gün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, helikopterlər mühəndis-texniki heyət tərəfindən istismara hazırlanıb. Ordu aviasiyasının heyətləri təlim uçuşları yerinə yetiriblər və tapşırıqların icrasına hazırdırlar.
Nümayəndə, həmçinin bildirib ki, bu gün gəlmiş sülhməramlı birləşmənin ikinci batalyonunun bölmələri Erebuni aerodromunda boşaldıldıqdan sonra Gorus şəhəri ərazisinə üç yüz kilometrlik məsafə qət edirlər.*