Dağlıq Qarabağa rusiyalı sülhməramlı birləşmələrin bölmələrinin daşınmasını həyata keçirməyi davam edən hərbi-nəqliyyat aviasiyasının İl-76 təyyarəsi ötən gün ərzində daha 372 hərbi qulluqçu və 53 ədəd avtomobil və xüsusu texnikanı Ermənistana göndərib. Bu barədə RF Müdafiə Nazirliyi məlumat verib.
“Sülhməramlı əməliyyatın əvvəlindən ümumilikdə 56 təyyarə reysi həyata keçirilib, 817 hərbi qulluqçu və 119 ədəd silah və hərbi texnika, 8 ədəd Mi-8 və Mi-24 helikopteri göndərilib”, - məlumatda vurğulanır. **