Aİ-ninxarici siyasət məsələləri üzrə alinümayəndəsi Jozep BorrelAzərbaycan və Ermənistan XİN başçılarını ümidvar edib ki, Aİ mülki əhali üçün gələcəkdə humanitar yardım ayırmağa hazırdır. Bu barədə cümə axşamı Avropanın Xarici Siyasət Xidməti məlumat verib.
EBC-nin rəsmi məlumatında deyilir ki, Borrel Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə telefonla danışıb. Söhbət zamanı atəşin dayandırılması haqqında saziş müzakirə olunub.
O ümidvar olduğunu qeyd edib ki, hərbi əməliyyatların dayandırılması münaqişənin etibarlı sülh yolu ilə həllinə səy göstərməyə imkan verəcək və gələcəkdə insanların iztirablarının qarşısını alacaq.
“Borrel vurğulayıb ki, münaqişədən zərər görən mülki əhalinin tələbatlarının ödənilməsi məqsədilə gələcəkdə humanitar yardım ayırmağa hazırdır və artıq fövqəladə yardıma 1 milyon avroya yaxın vəsait ayırıb”, - məlumatda qeyd olunur. **