Cümə günü RF Müdafiə Nazirliyinın saytında Dağlıq Qarabağ münaqişəsi zonasında rusiyalı sülhməramlılarınn fəaliyyəti ilə bağlı xüsusilə bölmə açılıb. Bu barədə nazirlikdən məlumat verilir.
“Yeni bölmədə aktual xəbərlər və multimedia materialları, həmçinin MN-nin rəhbər heyətinin brifinqləri dərc olunacaq”, - məlumatda vurğulanır.
İnternet istifadəçiləri Laçın dəhlizi rayonunda Rusiyanın müşahidə postlarının yerləşmədiyi xəritə və Dağlıq Qarabağ ərazisində son vəziyyətlə tanış ola biləcəklər.
“Xüsusi bölmə müntəzəm surətdə rusiyalı sülhməramlıların fəaliyyəti və münaqişə zonasında vəziyyətlə əlaqədar obyektiv və aktual xəbərlər, foto və videomateriallarla yenilənəcək”, -nazirlikdən söz veriblər.
Bölmə xarici dillərə tərcümə olunub və mobil qurğularda istifadə üçün optimallaşdırılıb. **