Dağlıq Qarabağ üzrə üçtərəfli razılaşmanın imzalanmasından öncə günlərcə gərgin iş aparılıb, imzalanmada RF prezidenti Vladimir Putinin rolu əsas olub. Bunu RF prezientinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu rol əsas idi. İmzalanmadan əvvəl günlərcə çox gərgin iş aparılıb, bəzən təxminən faisləsiz iş həyata keçirilib. Bu, prezident Putinin işi idi”, - Peskov “RT-Rossiya”ya müsahibəsində bildirib.
O qeyd edib ki, Putin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları aparıb. “Bu günlərlə davam edib”, - Peskov əlavə edib. **