Rusiyanın Dağlıq Qarabağ ərazisinə qoşun yeritmək hüququ yox idi, yalnız münaqişə tərəflərinin razılığından sonra sülhməramlıları yerləşdirə bilərdi. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, yalnız münaqişə tərəflərinin razılığından sonra sülhməramlıları daxil etmək və onları bölünmə xəttinə yerləşdirmək hüququ əldə etdik. Sadəcə qoşunlar daxil etmək, həm də Qarabağa, beynəlxalq hüquqa əsasən Rusiyanın buna hüququ yox idi”, - Peskov “RT-Rossiya”ya müsahibəsində bildirib.
O vurğulayıb ki, Rusiya BMT TŞ-nin bütün qətnamələrinə sadiq ölkə olaraq qalır. **