Azərbaycan hökumətinin, həmçinin prezident İlham Əliyevin Rusiyaya məxsus Mi-28 helikopterinin Ermənistanda məhv edilməsinə dərhal reaksiyası, o cümlədən qərəzsiz istintaqa hazır olması Moskvaya imkan verdi ki, bu faciə ilə əlaqədar Bakının üzrxahlığını qəbul etsin. Bunu RF prezidentinin mətbuat katbi Dmitri Peskov “RT Rossiya” telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, Mi-28 helikopterinin məhv edilməsi “bu, fəlakətdir, bu faciədir... Bu, əlbəttə ki, bütün qoşun başçıları, silahlı qüvvələırdə xidmət edənlər üçün, və yəgin ki, bütün vətəndaşlar üçün ağrılıdır”. **