Rusiya həm Azərbaycan prezidenti İlham Əliyevi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı dost hesab etməyə davam edir. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Şübhəsiz”, - Peskov “RT Rossiya” telekanalına müsahibəsində müvafiq suala cavabında bildirib.
O əlavə edib ki, Rusiya üçün hər iki ölkə üçün münasibətlər dəyərlidir.
“Sizə məlumdur ki, biz Ermənistanla Avrasiya İqtisadiBirliyindəyik, Ermənistanla KTMT-dəyik, Ermənistan – çox əsrlər boyu münasibətlərimizinqurulduğu ölkədir”, - Peskov qeyd edib.
“Azərbaycanlılar da eyni münasibətlərimiz var, biz həm Azərbaycan xalqı, həm Ermənistan xalqı ilə tarixi dostluğumuzu qiymətləndiririk”, - mətbuat katibi əlavə edib.
O vurğulayıb ki, “yalnız Rusiyanın bu cür yanaşması bitərəf vasitəçi rolunu oynamağa imkan verib”. **