"Bakı Polimer İstehsalat" MMC AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti oldu. Bu barədə “İnterfaks-Azərbaycan”a AMEA-dan məlumat verilir.
Şirkət qida və sənaye məhsullarının qablaşdırılması üçün müxtəlif növ streç-sarğıların istehsalı ilə məşğuldur.
AMEA-nın Yüksək Texnologiyalar Parkı 2016-cı ildə yaradılıb. Parkın rezidentlərinin ümumi sayı 10-a çatıb. **
B.Rüstəmbəyov