2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 11 milyard 540,2 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft sektoruna kapital qoyuluşları 11,7% artıb. Hesabat dövründə qeyri-neft sektoruna sərmayə qoyuluşları 9,9% azalıb.
Hesabat dövründə investisiyaların ümumi həcmindən 6 milyard 667,2 milyon manat və ya 63,9%-i tikinti-quraşdrıma işlərinə yönəldilib.
Yanvar-oktyabr aylarında kapital qoyuluşlarının ümumi həcmindən 7 milyard 598,1 milyon manat (bütün investisiyaların 65,8%-i) istehsalat təyinatlı obyektlərin, 2 milyard 884,6 milyon manat (bütün investisiyaların 25%-i) xidmət obyektlərinin, 1 milyard 57,5 milyon manat (bütün investisiyaların 9,2%-i) yaşayış sahələrinin tikintisinə yönəldilib.
Hesabat dövründə 4 milyard 150,1 milyon manat (bütün investisiyaların 36%-i) xarici investisiyaların, 7 milyard 390,1 milyon manat (bütün investisiyaların 64%-i) daxili investisiyaların payına düşüb.
2019-cu ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 2,3% azalıb.**
B.Rüstəmbəyov