ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır və ATƏT-in Minsk qrupunun iştirakı illə Dağlıq Qarabağda davamlı sülhün nail olunmasına ümid edir. Bunu Amerikanın ATƏT yanındakı daimi nümayəndəsi Ceyms Qilmor deyib.
“ABŞ Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqiçşəsi zonasında atəşin və döyüşlərin göründüyü kimi, dayandırılmasını alqışlayır”, - Qilmorun cümı günü yayılan bəyanatında deyilir.
“Vəziyyət inkişaf etdikcə, noyabrın 10-da elan olunan razılaşmalar barədə daha çox məlumat əldə edəcəyik, biz beynəlxalq birlik və ATƏ-in şəffaf sülhün dəstəklənməsində oynamalı olduğu rol ilə məşğul olmalıyıq”, - Qilmor qeyd edib.
“Davamlı sülhün uzaqlarda olmadığına ümid edirik”, - amerikalı diplomat vurğulayıb.
“Biz əminik ki, Minsk qrupu Dağlıq Qarabağ regionunda davamlı və daimi sülhün əldə olunmasında iştirak etməyə hazır olacaq”, - o qeyd edib.
Qilmor münaqişə zonasında humanitar vəziyyətlə əlaqədar narahatlıq ifadə edib.
O, tərəfləri Dağlıq Qarabağda mülki əhalinin və mülki obyektlərin müdafiəsini təmin etməyə və humanitar atəşkəsə riayət etməyə çağırıb. **