Gələn həftə RF XİN başçısı Sergey Lavrov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK)prezidenti Peter Maurer ilə danışıqlar aparacaq, o cümlədən Dağlıq Qarabağda vəziyyəti müzakirə edəcək. Bu arədə RF XİN-in rəsmi nümayənfdəsi Mariya Zaxarova cümə günü jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, “tərəflər bir sıra regionlarda, həmçinin Dağlıq Qarabağda baş verənlərlə bağlı fikir mübadiləsi aparacaqlar”.
Bundan başqa, danışıqlar zamanı “koronavirus dövründə ölkəmizin BQXK ilə mümkün əlaqələr yollarının müzakirəsi” nəzərdə tutulur. **