Sankt-Peterburq hökuməti Dağlıq Qarabağ üzrə mövqeyin ictimai ifadəsini dəstəkləmir, xarici münaqişəni şəhərin ərazisinə çıxarmamağa çağırır.
“Sankt-Peterburqun Millətlərarası münasibətlər və miqrasiya siyasətinin reallaşdırılması üzrə Komitə müxtəlif diasporların nümayəndələri arasında münaqişəyə səbəb olacaq ictimai aksiyaların keçirilməsinə mənfi münasibət bəsləyir”, - “İnterfaks”a cümə günü Komitədən bildiriblər.
Qeyd olunur ki, Dağlıq Qarabağ ilə əlaədar vəziyyət çərçivəsində Komitə sədri Oleq Kapitanov Ermənistan və Azərbaycanın milli-mədəni müxtariyyətlərinin rəhbərləri ilə görüş keçirərək Sankt-Peterburqun mövqeyini müəyyən edib: xarici münaqişəni şəhər ərazisnə çıxarmamaq.
Əlavə edilib ki, Peterbuqrda Dağlıq Qarabağ ətrafında vəziyyətlə əlaqədar miqyaslı aksiyalar gözlənilmir, çünki şəhərdə kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət rejimi qüvvədədir. **