Rusiyaya məxsus helikopterin vurulması ilə bağlı istintaq aparıldıqdan sonra RF Azərbaycan tərəfindən məlumat gözləyəcək. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya ilə Azərbaycan arasında çox sıx ünsiyyət kanalları var, burada hansısa əlavə kanallar lazım deyil. Sizə məlumdur ki, Azərbaycan tərəfi çox operativ qaydada bəyan etdi ki, ətraflı istintaq aparılacaq və təqsirli şəxslər cəzalandırılacaqlar. Şübhəsiz, biz bununla əlaqədar məlumat gözləyəcəyik”, - cümə günü Peskov jurnalistlərlə söhbət zamanı bildirib.
Ondan xahiş ediblər ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun hadisə barədə danışarkən xüsusilə “bu, müharibədir, müharibədə hər şey ola bilər” bəyanatını şərh etsin
“Bu fikir artıq Rusiya tərəfindən dəyərləndirilib. Kifayət dərəcədə aydın idi. Düşünmürəm ki, əlavə nəsə deməyə ehtiyac var”, - Peskov bildirib.
O, həmçinin Rusiyanın Azərbaycan tərəfinin dəqiq istintaqına etibar edirmi sualını “yersiz” adlandırıb. **