Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın iqtisadi inkişafını sürətləndirəcək və ölkəni regionun güc mərkələrindən birinə çevirəcək. Bu barədə Azərbaycan parlamentinin bəyanatında deyilir.
Cümə günü parlament keçirilən iclasda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar prezident İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib.
“2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı bəyanat Cənubi Qafqazda münaqişəyə son qoyub, Cənubi Qafqazda yeni inkişafa yol açıb. Tarixi ədalət öz yerini tutur. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilir”, - bəyanatda qeyd olunur.
Parlament qələbəyə görə prezident Əliyevə təşəkkürünü bildirib.
“Sizin uzaqgörən rəhbərliyiniz Azərbaycanda böyük iqtisadi potensial yaratmağa imkan verib, müasir hərbi nəzəriyyə və taktkaya cavab verən Silahlı Qüvvələr təşkil olunub. Sizin dəmir iradəniz dəyişməz əzminiz sayəsində həm döyüş meydanında, həm də danışıqlar masasında parlaq nəticələr əldə olunub. Biz inanırıq ki, uzun illər ərzuində Azərbaycanın müstəqilliyi və təhlükəsizliyinə təhlükə mənbəyi olan Dağlıq Qarabağ məsələsinin həlli ölkənin inkişafını sürətləndirəcək və Azərbaycanı regionun güc mərkləzlərinin birinə çevirəcək”, - müraciətdə deyilir. **
Ə.Məmmədov