Azərbaycanda koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 71 min 580-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib, ölənlərin ümumi sayı 927 nəfərə çatıb.
Virusa yoluxmuş 53 min 001 nəfər (sutka ərzində +1015) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 17 min 652 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,744 min, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 489 min 382 test aparılıb.**
X.Nəsirzadə