BMT-nin xahişi ilə Moskva Dağlıq Qarabağda beynəlxalq təşkilatların strukturlarının fəaliyyətə başlaması imkanının təmin edilməsi ilə bağlı Bakı və İrəvanla danışıqlar aparır. Bu barədə RF XİN başçısı Sergey Lavrov deyib.
“Humanitar fəaliyyətlə məşğul olan beynəlxalq təşkilatlarla təmasdayıq. Bu, ilk növbədə, BMT-ninQaçqınlar üzrəAli Komissarı İdarəsi, BMT-ninHumanitar Məsələlərin ƏlaqələndirilməsiOfisivə BMT İnkişaf Proqramıdır. Bu strukturların Dağlıq Qarabağda deyil, regionda iştirakları var”, - Lavrov Dağlıq Qarabağ rayonunda humanitar məsələlərin həlli üzrə müşavirədə bildirib.
Nazir qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda hadisələrin inkişafı barədə məlumatlandırlıb.
O əlavə edib ki, BMT-nin strukturlarına həmçinin “qaçqınların, köçürülən şəxslərin sayı və hara köçürürlməsi barədə dəqiq məlumata malik olmaq” çox vacibdir. “Bu bizim üçün də öz gücümüzlə, həm Azərbaycan, həm Ermənistan ilə təmaslar zamanı qiymətləndirmək vacibdir”, - Lavrov qeyd edib. **