RF Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri ilə sülhməramlı əməliyyatın parametrlərini dəqiqləşdirir. Bu barədə RF-nin müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə məruzə edib.
“Müdafiə Nazirliyinin operativ qrupu fəaliyyətə başlayıb. Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri ilə birbaşa əlaqə kanalları təşkil olunub, nazirliklərlə sülhməramlı əməliyyatın parametrlərin dəqiqləşdirilməsi üzrə iş davam edir”, - Şoyqu cümə günü müşavirədə bildirib.
“Sülhməramlı əməliyyat rayonunda vəziyyətin fasiləsiz monitorinqi aparılır və atəşkəs rejimi davam edir”, - Şoyqu məruzə edib. **