Rusiyanın hərbi-nəqliyyat aviasiyasının təyyarələri 1,1 mindən artıq sülhməramlını və 168 ədəd texnikanı Dağlıq Qarabağa çatdırıb. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyru məlumat verib.
“Texnika və maddi vasitələrin təyyarələrlə daşınmasını davam etdiririk. 3 gün ərzində 73 reys ilə 1 min 103 hərbi qulluqçu, 168 ədəd texnika daşınıb”, - Şoyqu RF prezidenti Vladimir Putinə məruzəsində bildirib.
Onun sözlərinə görə, artıq Qarabağda Müdafiə Nazirliyinin operativ qrupu fəaliyyətə başlayıb.
Bundan əlavə, “Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri ilə birbaşa əlaqə kanalları təşkil olunub, onlarla sülhməramlı əməliyyatın parametrlərinin dəqiqləşdirilməsi üzrə iş davam etdirilir”. **