RF prezidenti Vladimir Putin Dağlıq Qaraağ əhalisinə yardım məqsədilə idarələrarası humanitar əlaqə mərkəzinin yaradılması barədə elan edib. Mərkəzə RF Müdafiə Nazirliyi, XİN, FHN və FTX-nin sərhəd xidməti daxil olacaq.
“Ən mühüm problemlərin həlli məqsədilə idarələrarası humanitar əlaqə mərkəzinin yaradılmasını zəruri hesab edirəm”, - Putin Dağlıq Qarabağ rayonunda humanitar məsələlərin həlli üzrə müşavirədə bildirib.
Putin izah edib ki, “mərkəz qaçqınların daimi yaşayış yerlərinə qayıtması prosesinin operativ müşayiəti, mülki infrastrukturun bərpası üzrə Azərbaycanın və Ermənistanın dövlət orqanları ilə qarşılıqlı əlaqələrin qurulması və Dağlıq Qarabağda normal həyat fəaliyyəti üçün şəraitin yaradılması ilə məşğul olacaq”. **