Türkiyə və RF-nin hərbi nümayəndə heyətləri Ankarada keçirilən məsləhətləşmələrdə Dağlıq Qarabağda atəşkəslə əlaqədar məsələləri müzakirə ediblər, danışıqların ilk günü başa çatıb. Bu barədə cümə günü TRT Haber kanalı məlumat verib.
“Danışıqlar zamanı atəşkəs rejiminin dəstəklənməsi üzrə iş, həmçinin Suriyada, xüsusilə İdlibdə vəziyyət müzakirə olunub”, - telekanalın məlumatında qeyd olunur.
İki ölkənin nümayəndə heyətləri Türkiyə XİN-də görüş keçiriblər, daha sonra danışıqlar Milli Müdafiə Nazirliyində davam edib.
Danışıqların sabah davam edəcəyi qeyd olunur. **