Qarabağ üzrə üçtərəfli bəyanat Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasını nəzərdə tutmur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Türkiyə ilə sərhədlər açılmayacaq, çünki Türkiyə bu sənədin bir hissəsi deyil. Lakin sənəd Ermənistandan Naxçıvandan keçməklə İrana dəmir yolunun açılmasını nəzərdə tutur. Biz, həmçinin Rusiyaya ikinci yol istəyirik”, - Paşinyan Ermənistan İctimai televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər danışıqlar nəticəsində bu hədəflər əldə olunarsa, “böyük iqtisadi dəyişikliklər baş verə bilər”. “Bu sənəd hesabına bu bəndlər reallaşdırıla bilər. Bu danışıqlar məsələsidir”, - Paşinyan qeyd edib. **